Ukrayna hərbi-dəniz dronları Rusiyanın "Kalibr" gəmisini vurdu


Rusiyanın Novorossiysk limanında Ukrayna Təhlükəsizlik Xidmətinin "Sub Sea Baby" sualtı dronları tarixdə ilk dəfə olaraq Rusiyanın 636.3 sinifli "Varshavyanka" sualtı qayığını partladıb.

Turkustan.az xəbər verir ki, partlayış nəticəsində sualtı qayıq ciddi zədələnib və faktiki olaraq sıradan çıxıb.

"Sualtı qayığın göyərtəsində düşmənin Ukrayna ərazisinə zərbə endirmək üçün istifadə etdiyi dörd Kalibr qanadlı raket buraxılış qurğusu var idi", - deyə SBU qeyd edib.

Bu, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 13-cü Baş Hərbi Əks-Kəşfiyyat İdarəsi ilə birgə əməliyyatı idi.

"Varşavyanka sinifli sualtı qayığın qiyməti təxminən 400 milyon ABŞ dollarıdır. Tətbiq olunan beynəlxalq sanksiyalar nəzərə alınmaqla, oxşar sualtı qayığın tikintisi hazırda 500 milyon dollara qədər başa gələ bilər. Bu sinif sualtı qayıqlar, gövdəsinin səsləri udmaq və sonar üçün görünməz qalmaq qabiliyyətinə görə "Qara Dəlik" kimi də tanınır", - deyə SBU qeyd edib.

Ukrayna xüsusi xidmət orqanları xatırladıb ki, partladılmış qayıq, müvəqqəti işğal edilmiş Krımdakı Sevastopol körfəzindən Rusiya gəmilərini və sualtı qayıqlarını sıxışdıran "Sea Baby" yerüstü dəniz dronlarının uğurlu xüsusi əməliyyatları səbəbindən Novorossiysk limanında qalmağa məcbur olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ