Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Almaniyada müharibəyə son qoymaq üçün sülh planı ilə bağlı danışıqların davam etdirildiyini və günün sonuna qədər razılaşmanın əldə edilə biləcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, Umerov ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ-ın təklif etdiyi sülh planı ilə bağlı Almaniyada davam edən müzakirələr barədə məlumat verib.
Umerov dünəndən bəri Berlində ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner ilə danışıqlar apardığını bildirib və əlavə edib ki, "Ümid edirik ki, günün sonunda bizi sülhə yaxınlaşdıracaq bir razılığa gələcəyik".
Aytən Yaşar/ Turkustan.az