Rusiya Bakı ilə birbaşa təmaslar zamanı Azərbaycanda saxlanılan “Sputnik Azərbaycan” əməkdaşlarının azadlığa buraxılacağını gözləyir.
Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz gözləyirik ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə birbaşa təmaslar zamanı onların azad edilməsini təmin edə biləcəyik”, – Peskov vurğulayıb.
Qeyd edək ki, “Sputnik Azərbaycan”ın ofisində axtarış aparan polis 7 nəfəri saxlayıb, onlardan ikisi həbs edilib. /konkret.az/