Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın "Oreshnik" raketlərinin ilin sonunadək ölkə ərazisində yerləşdiriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə o, Belarusun Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı danışıb.
Prezident bildirib ki, kompleksin yerləşdirilməsi ilə bağlı razılıq Rusiya Prezidenti Vladimir Putinlə Volqoqradda əldə olunub.
“Biz Volqoqradda Putinlə razılaşdıq. "Oreshnik"lərin ilk partiyası Belarusda olacaq. Bu silahların necə işlədiyini artıq gördünüz. İlin sonuna qədər Belarus ərazisində yerləşdiriləcəklər", - deyə o qeyd edib. /Teleqraf/