Britaniyanın daxili işlər naziri İvette Kuper parlamentə İsraillə iş aparan şirkətlərə qarşı fəaliyyəti ilə tanınan Fələstin Fəaliyyəti də daxil olmaqla üç qrupun terror təşkilatı elan edilməsi layihəsini təqdim edib.
Turkustan.az xəbər verir ki, İngiltərə Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, Kuper Fələstin Fəaliyyətini, eləcə də neonasist təşkilatı Maniacs Murder Cult və rus millətçi qrupları Rusiya İmperator Hərəkatını qadağan etmək üçün rəsmi addım atıb.
Üç qrupun terror təşkilatı elan edilməsini və üzvlüyünü cinayət hesab edən qətnamə layihəsini parlamentə təqdim edən Kuper bəyanatda yer alan qiymətləndirməsində ölkənin demokratiya və milli təhlükəsizliyini qorumaq üçün bu addımı atdıqlarını qeyd edib.
Kuper: "Söz və etiraz azadlığı demokratiyamızın təməl daşlarıdır və bir çox qruplar bu hüquqdan istifadə edirlər. Bununla belə, zorakılığın və əmlakın qəsdən məhv edilməsi cinayətinin qanuni etirazlarda yeri yoxdur" dedi.
Açıqlamaya görə, üç qrup terror təşkilatı elan edilərsə, onların üzvlərini 14 ilə qədər həbs cəzası gözləyir.
Bu qrupların terror təşkilatı elan edilməsi, xüsusilə Fələstini dəstəkləyən və İsrailə reaksiya göstərən etirazlara təsir etməyəcək.
Sabah parlamentdə müzakirəyə çıxarılacağı gözlənilən təklif qəbul olunarsa, qərar həftəsonu qüvvəyə minəcək.
Aytən Yaşar/ Turkustan.az