Rusiyada azərbaycanlı iş adamı və diaspor rəhbəri saxlanıldı


Voronejdə azərbaycanlı, regionun ən böyük - “Alekseyevski” bazarının ortağı Yusif Xəlilov saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin Rusiya seqmentində məlumat yayılıb.

Həmçinin Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanıldığı bildirilir.

“Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı bildirilir.

***

Şahin Şıxlinski ilə yanaşı, onun oğlu Mutvali Şıxlınskinin də saxlanılması yönündə informasiyalar yayılıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ