Tramp: Gələn həftə Qəzzada atəşkəs olacaq


ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə ediləcəyi ilə bağlı bəyanatını təkrarlayıb.

Turkustan.az xəbər verir ki, Tramp gələn həftə razılaşma əldə ediləcəyini düşündüyünü, İsrailin baş naziri Binyamin Netanyahu da müharibəni bitirmək istədiyini bildirib.

Tramp razılığa gəlməkdə qərarlı olacağını vurğulayıb.

O, bu barədə Florida ştatındakı immiqrasiya təcridxanasına baş çəkmək üçün Ağ Evdən çıxarkən jurnalistlərə açıqlama verib.

Donald Tramp bazar ertəsi, iyulun 7-də Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza və İrandakı vəziyyəti müzakirə edəcəyini bildirib.

"Biz bunun (atəşkəsin) baş verəcəyinə ümid edirik. Gələn həftə ərzində bunu gözləyirik. Biz (Qəzzada) girovları xilas etmək istəyirik"-deyə, Tramp əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ