İsrailin İranın elektrik infrastrukturuna hücumlarının 22 milyon dollar ziyan vurduğu bildirilir.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Tevanir Elektrik Paylayıcı Şirkətinin baş direktoru Mustafa Rəcəbi Məşhədi İsrailin hücumlarından təsirlənən elektrik infrastrukturu ilə bağlı açıqlama verib.
12 gündür davam edən hücumlardan təsirlənən elektrik infrastrukturu ilə bağlı Məşhədi: "Bu hücumlar zamanı elektrik infrastrukturu da hədəfə alınıb. Müxtəlif bölgələrdə 50-dən çox hadisə baş verib, təxminən 25-i təkcə Tehranda qeydə alınıb".
Hücumlar nəticəsində elektrik infrastrukturunda meydana gələn nasazlıqların bir qisminin qısa müddətdə, bir qisminin isə 48 saat ərzində aradan qaldırıldığını qeyd edən Məşhədi hücumlar zamanı vəzifədə olan 4 sektor işçisinin həyatını itirdiyini bildirib.
İsrailin hücumlarında elektrik infrastrukturuna dəyən zərərin hələ tam olaraq müəyyən edilmədiyini deyən direktor: "Elektrik nəql xətləri, elektrik stansiyaları və paylama şəbəkələri də daxil olmaqla, indiyədək dəyən zərərin 22 milyon dollar olduğu təxmin edilir" dedi.
Aytən Yaşar/ Turkustan.az