Milli Məclisdə Azərbaycan–Çin əməkdaşlığına dair görüş keçirilib


2025-ci il sentyabrın 24-də Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və Azərbaycan–Çin Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Soltan Məmmədovun Çin Xalq Respublikasının Milli Etnik İşlər Komissiyasının (NEAC) Beynəlxalq əlaqələr departamentinin baş direktoru Vey Quosyunq (Wei Guoxiong) rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Tədbirdə Azərbaycan tərəfdən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, komitənin və həmçinin Azərbaycan–Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri - Elşad Musayev və Səbinə Salmanova, komitənin, Beynəlxalq münasibətlər şöbəsinin, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları,
Çin tərəfdən NEAC Nəzəri araşdırmalar departamentinin direktoru Li Şiçyanq (Li Shiqiang), Təhsil departamentinin direktoru Ci Çinqçinq (Ji Qingqing), Mədəniyyət və təbliğat departamentinin direktoru Cao Çyan (Zhao Qian), Baş İdarənin Maliyyə və büdcə şöbəsinin müdiri Li Kö (Li Ke), Beynəlxalq əlaqələr departamentinin Mübadilə və Əməkdaşlıq şöbəsinin müdiri Çiu Penq (Qiu Peng) iştirak edib.

Görüşü açan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qonaqları salamlayaraq Azərbaycan–Çin münasibətlərinin dostluq ənənələrinə və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb. O, son illərdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və təhsil sahələrində əməkdaşlığın genişlənməsini diqqətə çatdırıb.

Çin nümayəndə heyətinin rəhbəri Vey Quosyunq səmimi qəbula görə təşəkkürünü bildirib, NEAC-ın fəaliyyət istiqamətləri barədə bilgi verib və etnik müxtəlifliyin qorunması, ictimai sabitliyin möhkəmləndirilməsi sahəsində Azərbaycan təcrübəsini yüksək qiymətləndirib.

Azərbaycan–Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Soltan Məmmədov isə parlamentlərarası əməkdaşlığın rolu üzərində dayanaraq, ikitərəfli münasibətlərin inkişafında bu platformanın önəmini vurğulayıb.

Komitənin sədr müavini Sahib Alıyev çıxışında Azərbaycan dövlət siyasətində tolerantlıq ənənələrinin önəmli yer tutduğunu qeyd edib, etnik və dini müxtəlifliyin ölkəmizdə milli sərvət kimi qorunduğunu diqqətə çatdırıb.

Azərbaycan və Çin dövlət başçılarının bu il apreldə və avqustda baş tutan görüşləri və imzalanan tarixi sənədlərə görüşdə xüsusi vurğu edilib.

Qeyd olunub ki, Azərbaycan və Çin arasında etnik və dini müxtəlifliyin idarə olunması, vətəndaş cəmiyyəti institutlarının inkişafı, ictimai həmrəyliyin möhkəmləndirilməsi, o cümlədən qanunvericilik sahələrində təcrübə mübadiləsi qarşılıqlı faydalı olacaq.
Əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşdə dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ