Kənan İmirzalıoğlu aparıcısı olduğu “Kim milyoner olmaq istər” verilişinin son buraxılışında duyğulu anlar yaşanıb.
Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, verilişin budəfəki qonağı ötən il fevralın 6-da Hatayda baş verən zəlzələ zamanı sol ayağını dizdən yuxarı itirən 29 yaşlı Aylin Karakuş olub.
Yaşadığı zəlzələnin dəhşətindən danışan iştirakçının “mən heç ağlamaq istəmirəm, gülmək istəyirəm, yaşamaq istəyirəm” deməsi hamını göz yaşlarına boğub.
"Çox dözülməz bir şeydir. Səbəbsiz bir şey itirmək çox çətindir. Bir gün də olsun ayağıma görə üzülmədim, "ayağım getdi, indi nə edəcəm" demədim. Amma anam və qardaşımın ölümü məni bitirdi. Hərdən özümə sual verirəm ki, 30 yaşım necə keçəcək, qardaşımın cəmi 29 yaşı var idi”.
Bu sözləri eşidən İmirzalıoğlu özünü saxlaya bilməyərək yerindən qalxıb, ağlaya-ağlaya Karakuşu qucaqlayıb. /publika.az/