Rusiya Suriyaya əsas neft tədarükçüsü oldu - Reuters


Yeni hökumətin Qərbə yaxınlaşması və devrilmiş lider Bəşər Əsədə göstərilən keçmiş hərbi dəstəyə görə Rusiyaya qarşı artan etimadsızlığa baxmayaraq, Moskva Suriyanın əsas neft təchizatçısına çevrilib.

Turkustan.az xəbər verir ki, gəmi izləmə sistemlərinin göstəriciləri Rusiyadan neft daşımalarının bu il 75% artdığını və gündəlik təxminən 60 min barel səviyyəsinə çatdığını göstərir. 2025-ci ildə bu rəqəm gündə 46 min barel idi.

Bildirilib ki, bu həcm Rusiyanın qlobal neft ixracının kiçik hissəsini təşkil etsə də, daxili istehsalın tələbatı ödəmədiyi Suriya üçün Moskva hazırda əsas təchizatçı rolunu oynayır. Xüsusilə 2024-cü ilin dekabrında Əsəd rejiminin süqutundan sonra Rusiya ölkənin enerji bazarında dominant mövqeyə yüksəlib.

Suriya Neft Şirkəti və Energetika Nazirliyinin məlumatına görə, ölkənin gündəlik neft və yanacaq tələbatı 120–150 min barel arasında dəyişir. Daxili istehsal isə xeyli aşağıdır: ölkənin ən böyük yataqlarından biri olan Deyr əz-Zordakı Əl-Ömər yatağı gündə təxminən 5 min barel hasil edir, ümumi daxili istehsal isə 2025-ci ildə təxminən 35 min barel səviyyəsində qiymətləndirilir. Bu isə müharibədən əvvəlki 350 min barel/gün göstəricisi ilə müqayisədə ciddi azalma deməkdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ