İsrail İrana görə BƏƏ-yə bu dəhşətli silahları VERDİ


İsrail İranla davam edən münaqişə fonunda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ən müasir lazer hava hücumundan müdafiə (HM) sistemlərini təhvil verib.

Turkustan.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Söhbət pilotsuz uçuş aparatlarını (PUA) və qısa mənzilli raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş "Iron Beam" (Dəmir Şüa) sisteminin xüsusi versiyasından gedir.

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, bu addım Əbu-Dabinin İran dronlarından və raket hücumlarından müdafiəsini gücləndirmək məqsədi daşıyır. Bundan əlavə, BƏƏ-nin PUA-ları 20 kilometr məsafədən aşkar etməyə qadir olan "Spectro" yüngül müşahidə sistemi ilə də təmin edildiyi iddia olunur.

Qeyd edək ki, bir müddət əvvəl "Axios" portalı İsrailin Əmirliklərə həmçinin "Iron Dome" (Dəmir Günbəz) sistemlərini və onlara xidmət edəcək texniki personalı göndərdiyini xəbər verib. Bu addımlar regional münaqişə fonunda iki ölkə arasında hərbi əməkdaşlığın strateji səviyyədə dərinləşdiyini göstərir./musavat.com

Attachment


MANŞET XƏBƏRLƏRİ