ABŞ və İsrailin 28 fevralda İrana hücumlarından sonra 17 apreldə razılaşdırılmış müvəqqəti atəşkəs qeyri-müəyyən olaraq qalır.
Turkustan.az xəbər verir ki, ABŞ və İran arasında danışıqlar Pakistan vasitəsilə aparılsa da, İranın ABŞ-a təqdim etmək üçün Pakistana son təklifini təqdim etdiyi açıqlanıb. Lakin ABŞ prezidenti Donald Tramp İranın təklifindən məmnun olmadığını bildirib.
İran mediası təkliflə bağlı heç bir məlumat paylaşmayıb.
İranın təklifi ilə bağlı suala ABŞ prezidenti Donald Tramp belə cavab verib: "Onlar razılaşmaq istəyirlər, amma mən bundan məmnun deyiləm. Görək nə olacaq. İran razılaşmaq istəyir".
ABŞ prezidenti İranla danışıqların telefonla aparıldığını bildirib.
Tramp həmçinin bildirib ki, İran qəbul edə bilməyəcəyi tələblər irəli sürür.
Aytən Yaşar/ Turkustan.az