Məşhur ekspertin həbsdə ölüm səbəbi açıqlandı - RƏSMİ


Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.

O, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.

Ədliyyə nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, o ürək-damar çatışmazlığından vəfat edib:

“Məhkum İlqar Əliyevin ölümünə səbəb kəskin ürək-damar çatışmazlığı kimi qiymətləndirilir. Son diaqnoz məhkəmə tibbi ekspertizanın rəyinə əsasən təyin olunacaq”.

Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi.

Xatırladaq ki, İlqar Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.


MANŞET XƏBƏRLƏRİ