Almaniya: Bizə Donald Trampın məsləhəti lazım deyil!


Almaniya Baş nazirinin müavini və maliyyə naziri Lars Klingbeil ABŞ prezidenti Donald Trampın məsləhətinə ehtiyac duymadıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Klingbeil bu fikirləri 1 May Əmək və Həmrəylik Günü münasibətilə Berqkamen şəhərində keçirilən tədbirdə səsləndirib. O, Trampın Almaniya kansleri Fridrix Merz və Almaniya ilə bağlı son açıqlamalarını tənqid edib.

Klingbeil deyib: “Donald Trampın məsləhətinə ehtiyacımız yoxdur. O, əvvəlcə özünün yaratdığı qarışıqlığa diqqət yetirməlidir. İndi əsas diqqətini İranla ciddi sülh danışıqlarına yönəltməlidir.”

O, həmçinin Trampı ABŞ-İsrail hücumu təşəbbüsünü dəstəklədiyinə görə tənqid edərək bildirib: “Görünür, Tramp bunun 2-3 gün davam edəcəyini və sonra hər şeyin qaydasına düşəcəyini düşünürdü.”

Almaniyalı nazir vurğulayıb ki, Trampın “İrandakı müharibəyə son qoymaq” kimi bir öhdəliyi var və bu münaqişə işçilər, istehlakçılar və ümumilikdə iqtisadiyyat üçün ciddi yük yaradır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ