Hakan Fidan iranlı həmkarı ilə kritik telefon danışığı apardı


Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi mənbələrinin verdiyi məlumata görə, Fidan bu gün Əraqçi ilə əlaqə saxlayaraq regional və beynəlxalq gündəmdə yer alan məsələləri müzakirə edib. Xüsusilə İran ilə ABŞ arasında davam edən danışıqlar prosesindəki son inkişaflar ətrafında fikir mübadiləsi aparılıb.

Məlumata əsasən, tərəflər bölgədə gərginliyin azaldılması, diplomatik səylərin davam etdirilməsi və mümkün həll yolları ilə bağlı mövqelərini bölüşüblər. Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər də gündəmə gətirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ