Gərginlik yüksək olaraq qalır! İran Körfəz ölkələrinə açıq bir mesaj göndərir


İran atəşkəs prosesinin tərkib hissəsi kimi Pakistan vasitəçiliyi ilə Vaşinqtona yeni sülh təklifi göndərib.

Turkustan.az xəbər verir ki, təklifin məzmunu və ABŞ-ın buna verəcəyi cavab maraqla gözlənilir. Bu arada İranın Ali lideri Müctəba Xamenei regiondakı vəziyyətlə bağlı sərt açıqlama verib. O, Körfəz ölkələrinə işarə edərək bildirib: “ABŞ-ın simvolik bazaları nə öz təhlükəsizliyini təmin edə bilər, nə də bölgədəki Amerikapərəst qüvvələri qoruya bilər.”

Digər tərəfdən, IRNA məlumat yayıb ki, İran ABŞ-la danışıqlarda vasitəçi rolunu oynayan Pakistana yekun danışıqlar layihəsinin mətnini aprelin 30-da axşam saatlarında təqdim edib. Lakin xəbərdə sənədin detalları açıqlanmayıb.

İran mediasının yazdığına görə, Tehran müharibənin tam dayandırılması və Hörmüz boğazının yenidən açılması üçün danışıqlara hazır olduğunu bildirir. Bununla yanaşı, İran nüvə proqramı ilə bağlı məsələlərin yalnız birdəfəlik atəşkəs əldə edildikdən sonra müzakirə olunmasını təklif edir. Məlumata görə, Donald Tramp bu təklifi qəbul etməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ