Zəncan əyalətində əvvəlki hücumlardan qalan partlamamış sursatın partlaması nəticəsində 14 əsgər həlak olub.
Turkustan.az xəbər verir ki, hadisə ərazidə aparılan axtarış və zərərsizləşdirmə işləri zamanı baş verib.
Yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, partlayış ABŞ və İsrail hücumlarından sonra ərazidə qalan sursatların aşkar edilməsi zamanı baş verib. Hadisə nəticəsində İnqilab Keşikçiləri Korpusunun üzvləri arasında ciddi itkilər qeydə alınıb.
Partlayış nəticəsində 14 əsgər həyatını itirib, daha 2 əsgər yaralanıb. Yaralıların müalicəsinin davam etdiyi bildirilir.
Rəsmi qurumlar bölgədə aparılan əməliyyatlar çərçivəsində 15 mindən çox partlamamış sursatın aşkar edilərək məhv edildiyini açıqlayıb. Axtarış və təmizləmə işlərinin davam etdiyi qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az