"Apple Watch"-da yeni funksiya: Qan təzyiqini yoxlayacaq


"Apple Watch" təzyiq riskini aşkarlayan yeni funksiya ilə təchiz olunur.

Turkustan.az xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyasının (FDA) təsdiqini alan yeni xüsusiyyət, ağıllı saatlarda ürək optik sensorundan istifadə edərək 30 gün ərzində damar reaksiyalarını təhlil edir və müntəzəm yüksək qan təzyiqi əlamətləri aşkarlandıqda istifadəçini xəbərdar edir.

Apple-ın məlumatına görə, bu funksiya hər növ hipertansiyonu aşkar etməsə də, təxminən 1 milyon istifadəçini erkən risk barədə xəbərdar edə biləcək.

Yeni funksiya gələn həftə 150-dən çox ölkədə istifadəyə veriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ