“WhatsApp”dan yenilik


“WhatsApp” yazışmaların ehtiyat nüsxəsini saxlamaq üçün öz bulud yaddaş sistemini təqdim etməyə başlayıb. Yeni funksiya istifadəçilərə “iCloud” və “Google Drive”dan asılı olmadan söhbətlərini qorumağa imkan verəcək.

Turkustan.az xəbər verir ki, xidmət çərçivəsində istifadəçilərə 2 GB pulsuz yaddaş təqdim olunacaq. Ödənişli “WhatsApp Plus” abunəliyi ilə bu həcm 100 GB-a, “Meta One” abunəliyi ilə isə 4 TB-a qədər artırıla biləcək.

“iCloud” və “Google Drive” vasitəsilə ehtiyat nüsxə yaratmaq imkanı da saxlanılacaq. Beləliklə, istifadəçilər məlumatlarını hansı platformada saxlamağı özləri seçə biləcəklər.

Ehtiyat nüsxələr “passkey” texnologiyası ilə qorunacaq. Yeni funksiya hazırda beta proqramına qoşulan istifadəçilər üçün əlçatandır. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ