Özünü öldürən hərbçimiz bu RAYONDANDIR


Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlu intihar edib. O, odlu silahdan istifadə etməklə özünü öldürüb.

Modern.az-ın əldə etdiyi məlumata görə, hərbçimiz Bərdə rayonunun Həsənqaya kəndindəndir.

O, 2006-cı ildə həmin kənddə anadan olub. Hərbçimizin Həsənqaya kəndində dəfn olunacağı bildirilir.

Qeyd edək ki, fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib.

Müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.


MANŞET XƏBƏRLƏRİ