Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün onun iş otağına benzin tökərək yandırıb.
Turkustan.az APA-ya istinadla xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar, yanğını söndürülməsi istiqamətində işlər aparılır.
Xəsarət alan olmadığı bildirilir.
Əlavə məlumat veriləcək.