İran və İraqdan kürd qruplaşmaları ilə bağlı gözlənilməz qərar


"Tehran və Bağdad İraq Kürdüstanında fəaliyyət göstərən İran kürd müxalifət qruplaşmalarının üzvlərinin bölgədən çıxarılması və ya İrana təhvil verilməsi barədə razılığa gəliblər".

Turkustan.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiq məlumat verib.

Razılaşma İran nümayəndə heyətinin və İraqın milli təhlükəsizlik müşavirinin iştirakı ilə keçirilən Birgə Təhlükəsizlik Komitəsinin iclasında əldə olunub.

Görüş oktyabrın 19-da Bağdadda baş tutub. İclasda İraq Kürdüstanı hökumətinin nümayəndələri də iştirak ediblər.

2023-cü ildə Bağdad və Tehran təhlükəsizlik sahəsində saziş imzalayıblar. Saziş İran hakimiyyətinə qarşı çıxan silahlı kürd qruplaşmalarının sərhədyanı ərazilərdən çıxarılmasını və İraq ərazisindən İrana qarşı silahlı fəaliyyət məqsədilə istifadə edilməsinin qarşısının alınmasını nəzərdə tutur.


MANŞET XƏBƏRLƏRİ