Liviya Türkiyə ilə imzalanan müqaviləni təsdiqlədi


Liviya parlamenti 2019-cu ildə Türkiyə ilə imzalanmış dəniz sərhədlərinin müəyyənləşdirilməsi haqqında sazişi təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu saziş Türkiyəyə Aralıq dənizində seysmik tədqiqatlar aparmaq və qazma əməliyyatları həyata keçirmək üçün hüquqi zəmin yaradır.

Saziş imzalanan zaman Liviyada Tripoli və Tobrukda yerləşən iki ayrı hakimiyyət mərkəzinin mövcud olması onun təsdiqlənməsi prosesini dayandırmışdı.

2019-cu il noyabrın 27-də imzalanan saziş 2020-ci ildə BMT Baş katibi Antonio Quterreş tərəfindən BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyata alınıb. Lakin 2021-ci ildə Liviya Apellyasiya Məhkəməsi sazişi ləğv edib.

Sazişin təsdiqlənməsi Türkiyə və Liviyanın Aralıq dənizindəki təbii sərvətlərə dair hüquqlarını irəli sürməsi baxımından əhəmiyyət daşıyır. Sənəd çərçivəsində Türkiyənin bölgədə seysmik tədqiqatlar və qazma işləri aparması nəzərdə tutulur.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ