Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov arasında Osloda danışıqlar başlayıb.
Turkustan.az xəbər verir ki, görüşdə Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak edir.
Ukrinform-un məlumatına görə, Zelenski danışıqların başlanmasını əks etdirən videonu Facebook səhifəsində paylaşıb.
Ukrayna Prezidenti görüşdən əvvəl Norveçin Baş nazirinə və Finlandiya Prezidentinə göstərdikləri dəstəyə görə təşəkkür edib.
“Yonas, Aleks, sarsılmaz dəstəyinizə və insanların həyatının qorunmasına gündəlik diqqətinizə görə təşəkkür edirəm. Birlikdə daha güclüyük. Təşəkkür edirəm, Norveç! Təşəkkür edirəm, Finlandiya!” – deyə, Zelenski vurğulayıb.
Aytən Yaşar/Turkustan.az