NATO Qara dənizə əlavə qüvvələr göndərir


NATO Qara dənizdə ticarət gəmilərinə edilən hücumlardan sonra bölgəyə əlavə qüvvələr yerləşdirəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, yeni dəstəyə müşahidə, kəşfiyyat və məhkəmə-tibbi araşdırma imkanları da daxil olacaq.

NATO sözçüsü Allison Hart ABŞ-da yerləşən X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, üzv ölkələrin daimi nümayəndələrini bir araya gətirən Şimali Atlantika Şurası Qara dənizin təhlükəsizliyini müzakirə edib.

Hartın sözlərinə görə, Alyans şərq cinahındakı mövqelərini, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarını gücləndirir. Bu çərçivədə bölgəyə müşahidə, kəşfiyyat və məhkəmə-tibbi araşdırma dəstəyi daxil olmaqla əlavə imkanlar yerləşdiriləcək.

“NATO bir milyard insanın təhlükəsizliyini təmin etmək üçün istənilən təhdidə qarşı hazır və qadir olduğunu nümayiş etdirərək birlikdə fəaliyyət göstərməyə davam edəcək”, – deyə Hart vurğulayıb.

Qeyd edək ki, Qara dənizdə ticarət gəmilərinə hücumlar son dövrlərdə davam edir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ