ABŞ qadağası qaldırıldıqdan sonra Rusiya dizel ixracını bərpa etdi - Reuters


Rusiya ABŞ-ın vasitəçiliyi ilə dizel yanacağının ixracına qoyulan qadağanı ləğv etdikdən sonra əsas alıcılarına tədarükü bərpa edib.

Turkustan.az xəbər verir ki, “Reuters” agentliyi “Kpler” və “LSEG” gəmiçilik şirkətlərinin məlumatlarına istinadən ən azı iki tankerin son günlərdə Türkiyə və Braziliyanı təyinat məntəqəsi kimi göstərdiyini bildirib.

Dünyanın ABŞ-dan sonra ikinci ən böyük dizel ixracatçısı olan Rusiya qadağadan əvvəl, yay aylarında, Ukraynanın Rusiya neft emalı zavodlarına genişmiqyaslı hücumları fonunda ixracı azaltmağa başlamışdı.

“Reuters”in məlumatına görə, Türkiyə və Braziliya 2023-cü ildən bəri Rusiya dizel yanacağının ən böyük alıcıları sırasında yer alır.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Qərbin tətbiq etdiyi sanksiyalar Moskvanı neft məhsullarının ixracı üçün ənənəvi marşrutlarını dəyişməyə məcbur edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ