Nəsimi Musayev BELƏ SAXLANILIB - ŞOK GÖRÜNTÜLƏR


Ermənistanın "ArmLur.am" media resursu və "Joxovurd" qəzeti oktyabrın 1-də Şəki kəndi ərazisində Ermənistan sərhədini keçən Azərbaycan hərbi qulluqçusu Nəsimi Musayevin saxlanılması anına aid kadrlar yayımlayıb.

Turkustan.az xəbər verir ki, görüntülərdə hüquq-mühafizə orqanlarının Nəsimi Musayevi Şəki kənd sakinlərindən birinin mal-qara tövləsindən çıxararaq saxladıqları əks olunub.

"Joxovurd" qəzetinin verdiyi məlumata görə, Nəsimi Musayev ifadəsində yerli sakinin evinə daxil olarkən heç kimə zərər vurmaq niyyətində olmadığını bildirib.

O, evdə olanlardan buraxılmasını dəfələrlə xahiş etdiyini, lakin ev sahibi silahın lüləsindən tutmağa çalışarkən təsadüfən atəş açıldığını qeyd edib. Hərbi qulluqçunun sözlərinə görə, həmin insidentdən sonra ev sakinləri ona hücum edərək bıçaq xəsarəti yetirib və onu döyüblər.

Xəstəxanada müalicə olunan kənd sakini Ani Avetisyan isə fərqli iddia irəli sürüb. O, hərbçinin silahı uşaqlara tərəf yönəltdiyini, uşaqları qorumaq məqsədilə silahı tutmağa çalışarkən əlindən və ayağından yaralandığını bildirib.

Hazırda faktla bağlı Ermənistan İstintaq Komitəsində araşdırma aparılır, Nəsimi Musayev həbsdə saxlanılır. İstintaqın digər təfərrüatları açıqlanmır.

/Musavat.com


MANŞET XƏBƏRLƏRİ