Göygöl Milli Parkının ərazisi hasarlanacaq.
Turkustan.az xatırladır ki, bununla bağlı müvafiq prosedura start verilib, milli park və "Fige" MMC arasında müqavilə imzalanıb.
Razılaşmanın ümumi dəyəri 24 min 42 manatdır.
Göygöl Milli Parkında hasarlanma işlərinin aparılması ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, milli parkın yaşayış məntəqələri ilə həmsərhəd olan ərazilərində çəpərləmə işləri həyata keçirilir:

"Çəpərləmə işləri xüsusi mühafizə olunan təbiət ərazilərində bioloji müxtəlifliyin və təbii ekosistemlərin qorunması, antropogen təsirlərin, eləcə də mal-qaranın ərazilərə daxil olmasının qarşısının alınması məqsədi daşıyır".