Google Cloud infrastrukturunda yaranan enerji problemi Böyük Britaniyada bir sıra bankların və internet xidmətlərinin fəaliyyətində fasilələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, problem xüsusilə rəqəmsal bank xidmətlərinə təsir göstərib.
Revolut müştəriləri nağd pul çıxarılması, pul köçürmələri və kart əməliyyatları zamanı çətinliklərlə üzləşiblər. Lloyds və HSBC bankları da müştərilərinin xidmətlərə çıxışında problemlər yarandığını təsdiqləyiblər.
Google-un məlumatına görə, nasazlıq yerli vaxtla saat 06:08-də başlayıb. Təxminən altı saat sonra şirkət Avropadakı təsirlənmiş infrastruktur bölgəsində xidmətlərin əksəriyyətinin normal fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Aytən Yaşar/Turkustan.az