Şimali Koreyadan Kim Çenlə bağlı yayılan iddialara REAKSİYA


Şimali Koreya mediası ölkə lideri Kim Çen Inın beyin qanaması keçirərək öldüyü barədə yayılan iddialardan sonra onun ictimai tədbirdə iştirakını əks etdirən görüntülər yayımlayıb.

Turkustan.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) Kimin oktyabrın 19-da hökumət rəsmiləri və qızı Kim Cu-ae ilə birlikdə geyim və ayaqqabı sərgisini ziyarət etdiyini bildirib.

Agentliyin yaydığı xəbərdə Kim Çen Inın qızı ilə sərgini gəzdiyini və nümayiş etdirilən məhsullarla tanış olduğunu əks etdirən çoxsaylı fotoşəkillər yer alıb.

Bəzi sosial media istifadəçiləri Kimin beyin qanaması keçirdiyini, komaya düşdüyünü və müalicə üçün Çinə aparıldığını iddia ediblər. Digərləri isə Şimali Koreya liderinin öldüyünü irəli sürüblər.

Lakin Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə danışan diplomatik və təhlükəsizlik mənbələri bu iddiaları təsdiqləyən heç bir məlumat eşitmədiklərini bildiriblər.

KCNA yayımladığı məlumatda Kimin səhhəti ilə bağlı iddialara birbaşa münasibət bildirməyib. Bununla belə, liderin sərgidə iştirakını əks etdirən fotoşəkillərin dərc olunması onun səhhətinin yaxşı olduğuna işarə kimi qiymətləndirilib.

"Şimali Koreya liderinin öldüyü" iddialarına cavab

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ