Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov ABŞ-a məxsus Boeing P-8A Poseidon dəniz patrul və kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində uçuş həyata keçirdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Stoyanovun sözlərinə görə, uçuş bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda gücləndirilmiş hazırlıq tədbirləri çərçivəsində həyata keçirilib.
Nazir təyyarənin hədəfləri vurmaq qabiliyyətinə malik olmadığını və bölgədə ehtiyac duyulduğu müddətdə fəaliyyət göstərəcəyini bildirib. O, təyyarənin Qara dəniz bölgəsinə yerləşdirilməsinin Bolqarıstan və NATO-nun birgə qərarı olduğunu vurğulayıb.
Stoyanov, həmçinin təyyarədən əldə edilən məlumatların NATO-ya ötürüldüyünü qeyd edib.
Aytən Yaşar/Turkustan.az