Polşanın Vrotslav şəhərində İkinci Dünya Müharibəsindən qalma 250 kiloqramlıq partlamamış bomba aşkarlanıb.
Turkustan.az xəbər verir ki, təhlükəli sursatın tapıldığı ərazidə təxminən 3 min nəfərin təxliyəsinə başlanılıb.
Oktyabrın 15-də şəhərin Kolejova küçəsində yerləşən otel və ofis kompleksinin tikinti sahəsində aparılan qazıntı işləri zamanı partlamamış hərbi sursat aşkar edilib.
Polis ərazini mühasirəyə alıb. Mütəxəssislər sursatın İkinci Dünya Müharibəsi dövrünə aid 250 kiloqramlıq aviasiya bombası olduğunu müəyyən ediblər.
Polşanın PAP xəbər agentliyinin məlumatına görə, bu səhər başlayan əməliyyat çərçivəsində ərazidə yaşayan və ya işləyən təxminən 3 min nəfər təxliyə olunur.
Bombanın zərərsizləşdirilməsi ilə əlaqədar şəhərin ictimai nəqliyyatında dəyişikliklər ediləcək, dəmir yolu hərəkətində də fasilələr yaranacaq.
Aytən Yaşar/Turkustan.az