Taksi sürücüsü taxta ilə xanım sürücüyə hücum etdi - VİDEO


Bakıda taksi sürücüsünün qorxulu hərəkətləri anbaan kameraya düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə mayın 23-də, Bakı-Sumqayıt yolunda (avtovağzalın qarşısında) baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi 99-UP-654 qeydiyyat nişanlı "Opel" markalı avtomobili ilə xanım sürücünün sükan arxasında olduğu avtomobilin qarşısını kəsib.

Daha sonra o, avtomobildən düşərək əlindəki taxta parçası ilə qarşısını kəsdiyi xanım sürücüyə hücum edib.

(lent.az)


MANŞET XƏBƏRLƏRİ