Sel suları Lerik rayonu ərazisində su ötürücü borulara ziyan vurub.
Turkustan.az xəbər verir ki, Lerikdə iki gün yağan aramsız yağışlar nəticəsində sel suları Lerik rayonunun Şingədulan ərazisində, Ağçay çayı üzərində salınan su ötürücü boruları dağıdıb. Kənd sakinləri borular üzərindən körpü kimi istifadə edirdilər.
Qeyd edək ki, Ağçay çayı üzərində qurulan su ötürücünün uzunluğu 3-4 metrdir. Bu çay üzərində körpü tikintisi nəzərdə tutulsa da, müəyyən səbəblərdən təxirə salınıb. (Apa)