Cadugərlikdə ittiham etdikləri qadını diri-diri yandırdılar – FOTO


Afrikada cadugərlikdə günahlandırılan qadın diri-diri yandırılıb. Əl-ayaqları bağlanaraq yandırılan qadının görüntüləri sosial şəbəkədə hiddətə səbəb olub.

Orta əsr zehniyyətinin hökm sürdüyü Afrikada mobil telefonla lentə alınan və sosial şəbəkədə paylaşılan görüntülər hiddətə səbəb olub.

Cadugərlikdə ittiham etdikləri qadının əl-ayağını bağlayaraq zorakılıq edən izdihamlı qrup onu yerə yıxaraq diri-diri yandırıb.

İzləyənlərin qanını donduran videoda qadının üzərinə qoyulan karton qutunun yandırıldığı, qısa müddət sonra qadının alovlandığı anları yer alıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ