Rusiya-Ukrayna müharibəsində daha 2 azərbaycanlı həlak olub.
Turkustan.az-ın əldə etdiyi məlumata görə, Rusiya ordusu sıralarında müharibəyə qoşulmuş Zərgərov Ramin Nadir oğlu (1980-ci il) və Muradov Kamil Zirəddin oğlu (1991-ci il) döyüşlərdə həlak olub.
Onların Ukraynanın Xarkov vilayətində gedən döyüş əməliyyatlarında həyatlarını itirdikləri bildirilir.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsində ötən dövr ərzində yüzlərlə soydaşımız həlak olub ya da itkin düşüb. /modern.az/