Qlobal neft bazarlarının əsas mərkəzlərindən biri sayılan Yaxın Şərqdə geosiyasi balans yenidən formalaşır.
Turkustan.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin ölkənin uzunmüddətli strateji və iqtisadi hədəflərinə uyğun olaraq OPEC və Rusiyanın rəhbərlik etdiyi OPEC+ alyansından çıxmaq qərarı verdiyi bildirilir.
Bu qərarın regionda müharibə və Hörmüz boğazında yaranan gərginlik səbəbilə enerji təchizatının tarixi səviyyədə məhdudlaşdığı bir dövrə təsadüf etməsi diqqət çəkir.
Aytən Yaşar/ Turkustan.az