Ağdərədə mina partlayıb, xəsarət alan var


Ağdərədə mina hadisəsi baş verib.

Turkustan.az apa-ya istinadən xəbər verir ki, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.


MANŞET XƏBƏRLƏRİ