Almaniya: Ukraynaya Patriot raketləri almaq üçün ABŞ-la danışıqlar aparırıq


Almaniya kansleri Fridrix Merz Ukraynaya dəstək üçün ABŞ-dan Patriot tipli hava hücumundan müdafiə sistemləri almaq istədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Romada İtaliya və Ukraynanın birgə təşkil etdiyi "Ukraynanın Yenidənqurulması Konfransı"nda çıxış edən Merz, "Ukraynaya təmin etmək üçün ABŞ-dan əlavə Patriot sistemləri almağa da hazırıq. Xarici işlər naziri (Johann) Wadephul və müdafiə naziri (Boris) Pistorius da tərəfdaşlarımızla sıx əməkdaşlıq edir" dedi.

Merz bu məsələni ABŞ prezidenti Donald Trampla müzakirə etdiyini və ondan bu sistemləri çatdırmağı xahiş etdiyini, lakin hələlik yekun qərarın verilmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ