Aİ Komissiyasının sədri fon der Leyenə qarşı sorğu rədd edildi


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentinin (AP) Baş Assambleyasında etimadsızlıq səsverməsini aşaraq öz kreslosunu qoruyub.

Turkustan.az xəbər verir ki, Avropa Parlamenti Baş Assambleyası fon der Leyenə qarşı etimadsızlıq layihəsinə səs verib.720 yerlik Avropa Parlamentində 175 lehinə, 360 əleyhinə və 18 bitərəf olmaqla 553 nəfər səsvermədə iştirak edib.

Beləliklə, fon der Leyen 360 deputatın dəstəyi ilə kreslosunu qoruyub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ