Əliyev-Paşinyan görüşü başa çatdı - VİDEO


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başa çatıb.

xxx

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra davam edir.
xxx

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.

Turkustan.az xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.

xxx

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlanıb.

Turkustan.az xəbər verir ki, iki saatdan çox davam edən görüşün ilk hissəsində nümayəndə heyətləri iştirak edib.

Lakin hazırda hər iki ölkənin liderləri görüşü təkbətək formatda davam etdirirlər, nümayəndə heyətləri zalı tərk edib.

Qeyd edək ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında təkbətək dialoq sülh prosesinin növbəti mərhələsinə keçid baxımından xüsusilə diqqət çəkir.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ