Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan “Azadlıq” radisouna verdiyi müsahibədə kommunikasiyaların blokdan açıqlaması - Zəngəzur dəhlizi məsələsinə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, M.Səfəryan Ermənistan tərəfinin Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət olunmasına dair təkliflər aldığını etiraf edib.
“Müxtəlif təkliflər verilib, onların gerçəkləşməsi Ermənistanın maraqlarına nə dərəcədə uyğun gəldiyindən, nə dərəcədə məqsədəuyğun olduğundan asılıdır”.
Nazir müavininin sözlərinə görə, bu təkliflərlə bağlı tərəflər nə dərəcədə razılığa gələcəklər ki, onun müddəaları hər iki tərəfi qane etsin, indi bunu demək çətindir.
Səfəryan bildirib ki, blokadanın aradan qaldırılması məsələsində funksiyaların beynəlxalq təşkilata həvalə edilməsi Ermənistan üçün məqbuldur.
“Yəni hər hansı üçüncü şirkət, əgər tərəflər razılaşsalar, həmin yola nəzarət edə bilərmi” sialına nazir müavini “yenə də deyirəm, bizim bəyan etdiyimiz prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər” cavabını verib./modern.az