Ryabkov: ABŞ-ın yeni 500% tarifləri təhlil tələb edəcək


Rusiyanın ticarət tərəfdaşlarına qarşı 500%-lik hipotetik yeni Amerika rüsumları təhlil və nəzərdən keçirilməsini tələb edəcək, lakin vəziyyəti kökündən dəyişməyəcək.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“İnanırıq ki, Rusiyaya qarşı 30 mindən çox məhdudlaşdırıcı tədbirin qəbul edildiyi bir şəraitdə qeyd etdiyiniz kimi hansısa yeni elementin hipotetik şəkildə ortaya çıxması təbii ki, əlavə təhlil və nəzərdən keçirilməsini tələb edəcək, lakin mənzərəni əsaslı şəkildə dəyişməyəcək”, - deyə, nazir müavini müvafiq sualı cavablandırıb. “Biz bu şəraitdə necə işləməyi bilirik, müstəqil, suveren və mütərəqqi yolumuzla irəliləməyə davam edəcəyik”.

Ryabkov əlavə edib ki, ABŞ Senatında müəyyən fiqurların fəaliyyəti narahatlıq doğurur, çünki onlar normal qarşılıqlı fəaliyyətin əsasını pozmağa yönəlib, yəni ABŞ-ın özünə zərərlidir.

Bundan əvvəl ABŞ senatoru Lindsi Qrem (Cənubi Karolinadan olan respublikaçı, Rusiyanın terrorçular və ekstremistlər siyahısına daxil edilib) ABŞ-ın Rusiyanın ticarət tərəfdaşı olan və Ukraynaya dəstək verməyən ölkələrə 500% rüsum tətbiq edəcəyini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ