Bu ölkə qərar verdi: Trampın tariflərinə cavab verəcəyik!


Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın Braziliyadan idxal edilən məhsullara 50 faiz rüsum tətbiq etmə qərarına cavab verəcəklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Lula da Silva X sosial media platformasındakı paylaşımında Braziliyanın ABŞ-ın İqtisadi Qarşılıqlılıq Qanunu çərçivəsində tarifləri birtərəfli qaydada artırmaq addımlarına cavab verəcəyi barədə xəbərdarlıq edib.

Lula da Silva Braziliyanın başqa heç bir ölkənin maraqları üçün alət kimi istifadə edilməyəcək müstəqil qurumlara malik suveren bir ölkə olduğunu vurğulayaraq, ABŞ-ın son 15 ildə Braziliya ilə ticarətində təxminən 410 milyard dollarlıq müsbət saldoya sahib olduğunu xatırladıb.

Lula da Silva yerli və ya xarici bütün şirkətlərin ölkəsində fəaliyyət göstərməsi üçün Braziliya qanunlarına riayət etməli olduğunu qeyd edərək, "Ona görə də birtərəfli tarif artımları Braziliya İqtisadi Qarşılıqlı Qanuna uyğun aparılacaq. Suverenlik, hörmət və Braziliya xalqının maraqlarının sarsılmaz müdafiəsi dünya ilə əlaqələrimizi istiqamətləndirən dəyərlərdir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ