Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçin Kiyevdə güllələndiyi barədə məlumat vermişdik.
Turkustan.az xəbər verir ki, öldürülən polkovnikin fəaliyyəti ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
SBU Xüsusi Əməliyyat Mərkəzinin 16-cı şöbəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili olan Voroniçin Rusiya üçün xeyli problemlər yaratdığı bildirilir
“Strana.ua” nəşri bu barədə kəşfiyyatçı Roman Çervinskiyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, SBU polkovniki "düşmən qatili" - ehtimal ki, Rusiya tərəfindən aradan götürülüb. Jurnalistlər kəşfiyyatçıdan sitat gətiriblər: "Voroniç 2014-cü ildən düşmənlə vuruşur və hazırda Rusiya Federasiyası üçün çoxlu problemlər yaradan şöbənin qurucularından biri olub".
“Shot” Telegram kanalı isə iddia edib ki, Voroniç Rusiya ərazisində təxribat hazırlayırmış. /publika.az/