Bu dərman sizi ölümdən QURTARACAQ


Yüksək xolesterol hər il dünyada on minlərlə insanda infarkt və insultlara səbəb olur.

Tədqiqatçıların fikrincə, statinlər və digər xolesterolu azaldan dərmanlar mütəmai qəbul ediərsə, 39 000-dən çox ölüm, 10 0000 ölümcül olmayan infarkt və 65000-ə qədər insultun qarşısı alına bilər.

Turkustan.az xəbər verir ki, “Journal of General Internal Medicine” jurnalında dərc edilən yeni bir araşdırma bunu göstərir.

Mütəxəssislər 2013-2020-ci illər arasında milli sağlamlıq sorğularında iştirak edən təxminən 5 000 ABŞ böyükünün ürək-damar risk profillərini və xolesterol məlumatlarını təhlil ediblər.

Heç vaxt infarkt və ya insult keçirməmiş iştirakçılar arasında 47 %-i statin qəbul edə biər. Ancaq nəticələrə görə, yalnız 23 % bu resepti alır.

Ürək problemi və ya insult tarixi olan xəstələr arasında 100 % uyğun olmasına baxmayaraq, yalnız 68 %-i xolesterolu azaldan müalicə alıb.

Müalicə boşluğunun bir neçə səbəbi var. Buna həkim təlimindəki dəyişikliklər, xəstələrin seçimləri, həkimə çıxış üçün maneələr, stresli real dünya şəraitində klinik təlimatları praktikaya çevirməkdə çətinliklər daxildir.

Bu problem Azrbaycanda da kifayət qədər ciddidir. Bel ki, 30 yaşından sonra əksəriyyət azərbaycanlı pasiyentin qan analizində xolesterinin miqdarı çox çıxır. Məlumatlara görə, İran və Türkiyə həkimləri pasiyent Azərbaycandan gəlibsə, onu mütləq xolesterin analizinə göndərirlər. Çünki əmindirlər ki, xolesterinin miqdarı yüksəkdir və orqanizmindəki problem bununla əlaqədar ola bilər.

Xolesterin yağabənzər maddə olub, qaraciyər hüceyrələrində hazırlanır. Çox az miqdarda hazırlanmasına baxmayaraq, həmin maddə bütün hüceyrə qişalarının yaradılmasına, öd turşularının, hormonların və D vitamininin əmələ gəlməsinə kifayət edir.

Lakin qəbul edilən qidanın təsiri ilə xolesterin ifrazının artması onu faydalı maddədən sağlamlığın bir nömrəli düşməninə çevirir. Məsələn, damarların daxili divarlarında, xüsusi ilə də, ürək və beyin damarlarında yığıntı şəklində toplanaraq ateroskleroza səbəb olur. Buradan da ürək xəstəliklərinə yol açılır. Stenokardiya, infarkt və beyin qan dövranının pozulması- insulta qədər bir çox problemlər baş verir.

Xolesterinin yüksəlməsi günümüzdə ən mühüm sağlamlıq problemləri arasında yer alır. Dünyada və ölkəmizdə ölüm səbəblərinin çoxu ürək xəstəliklərindən qaynaqlanır. Alimlər illərdir ki, xolesterinin artması və dərman istifadəsi ilə bağlı araşdırmalar aparırlar. /Cebheinfo. az/


MANŞET XƏBƏRLƏRİ