Xəbər verdiyimiz kimi, Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyada bıçaqlanıb.
Turkustan.az-ın Ajans.az-a istinadən verdiyi məlumata görə, o, bu gün səhər saatlarında “WhatsApp” platformasında paylaşım edib.
O paylaşdığı statuslarda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib. A. Musayev bildirib ki, E. Məmmədov muay-tay idmançılarının qarşısını almaq istəyir. Hətta Araz Musayev onu da qeyd edib ki, Elnur Məmmədov onun üzərinə bir qrup şəxs yollayıb.
Ətraflı fotolar: