Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 26-27-də Moskvaya səfəri zamanı Ukraynada atəşkəs rejiminin “real” parametrləri ilə bağlı Ankaranın fikirlərini Rusiya tərəfinə çatdırıb.
Turkustan.az xəbər verir ki, o, bunu Polşadan Ukraynaya gedən qatarda onu müşayiət edən jurnalistlərlə danışarkən deyib.
"Hazırda minlərlə məhbusun mübadiləsi olub. Hazırda tərəflər danışıqlara dair mövqelərini bir-birlərinə açıqlamalıdırlar. Rusiyaya səfərimiz zamanı biz bir daha Rusiya Prezidenti Vladimir Putinə və danışıqlar aparan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskiyə, Xarici İşlər Naziri Sergey Lavrova və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkinə bu məsələdə səy göstərmək əzmimizlə atəşkəsə nail olmaq üçün hansı real parametrlərin ola biləcəyi ilə bağlı fikirlərimizi bildirdik”, - deyə Fidan TRT -də bildirib .
Aytən Yaşar/ Turkustan.az