Kreml hələlik Ukrayna ilə atəşkəs üçün hansı şərtləri irəli sürəcəyini və bu tələblərin Rusiya memorandum layihəsində yer alıb-almadığını açıqlamaq niyyətində deyil.
Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov izah edib.
"Biz tərəflərin mübadilə etdiyi layihələrin məzmununu açıq şəkildə müzakirə etməyəcəyik. Çünki bütün danışıqlar açıq deyil, qapalı rejimdə aparılmalıdır"-deyə, Kreml sözçüsü məsələ ilə bağlı sualı cavablandırarkən deyib.
Aytən Yaşar/ Turkustan.az